Bill Qeyts: 2021-ci ildə altı peyvənd hazır ola bilər

“Microsoft”un qurucusu Bill Qeyts 2021-ci ilin ilk rübündə koronavirusa qarşı altı peyvəndin təsdiqlənərək hazır olacağını qeyd edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

B.Qeyts “Pfizer-BioNTech” peyvəndinə əlavə olaraq “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” və “Novavax” kimi peyvəndlərə də yaxın aylarda icazə veriləcəyini qeyd edib. Lakin altıncı peyvənd namizədinin adını açıqlamayıb.

0.32099580764771