"Azərbaycan ATƏT-in Minsk qrupundan imtina edəcək"
Bu sözləri BAXAR.AZ-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib. Ölkə başçısı İlham Əliyevin MİNSK qrupunun nümayəndələri ilə son görüşündə qeyd etdiyi fikirlər də artıq vaxtın çatdığına işarədir. ALDP sədri bildirib ki, bu qrupun fəaliyyəti Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadı:
"30 ilə yaxın fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadır. Onların bu illər ərzində görməli olduğu işi Azərbaycan Ordusu 44 gündə gördü. İllərlə Ermənistana havadarlıq etməklə bu qrup münaqişəni daha da uzatdı. Daha öncə də demişəm, yenə deyirəm ki, bu qrupun fəaliyyətindən Azərbaycan imtina etməlidir. Düşünürəm ki, yaxın günlər ərzində Azərbaycan bu addımı atacaq. Çünki indi "Qarabağ münaqişəsi" deyilən heç bir şey yoxdur, ordumuz bu münaqişəyə son qoydu!"