Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"

"İqlim dəyişikliyi sahəsində irəliləyişə nail olmaq üçün həm mitiqasiya tədbirlərinin gücləndirilməsi, həm də iqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir".

Xeber-ps.com xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.

O qeyd edib ki, Avropa İttifaqı və Almaniya iqlim maliyyəsinin təminatına dəstək sahəsində əməkdaşlığa hazırdırlar:

"Bu sahədə beynəlxalq inkişaf banklarının imkanlarından istifadə olunması və özəl sektorun bu sahəyə cəlbi çox vacibdir. Biz həm Almaniya, həm də Avropa olaraq buradayıq".

Məhərrəm Əliyev

7.7236721515656