COP29-da azərbaycanlı uşaqlar iqlimlə bağlı aksiya keçiriblər

COP29-un on birinci günündə Mavi Zonada Azərbaycanın qeyri-hökumət təşkilatı olan "EkoSfera" Sosial Ekoloji Mərkəzinin uşaqları və gəncləri "Uşaqlarımızın gözü ilə planet: Gəlin birlikdə təbiəti mühafizə edək" adlı aksiya keçiriblər.

Xeber-ps.com xəbər verir ki, bu aksiyada onlar planeti, ətraf mühiti qorumaqla bağlı çağırışlarını əks etdiriblər.

Aksiya zamanı uşaqlar Azərbaycan musiqiləri ifa edib, rəsm əsərlərini göstərib, rəqs ediblər.

"EkoSfera" SEM-in rəhbəri Firuzə Sultanzadə bildirib ki, uşaqlar və gənclər aksiya çərçivəsində öz səsləri ilə bütün böyüklərə təbiəti qorumalı, iqlim dəyişikliyi problemini həll etməli olduqlarını çatdırıblar.

Aygün Mirakif

0.11724090576172