Sumqayıtda koronavirus xəstəsi postda saxlanılıb - VİDEO

Sumqayıtda qaydaları pozaraq ictimaiyyət arasına çıxan şəxs saxlanılıb. 

Belə ki, Bakı şəhər sakini, hazırda Sumqayıt şəhəri Novxanı bağlarında yaşayan 41 yaşlı Seymur Nuriyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib. 

O isə karantin qaydalarını pozaraq şəxsi avtomobili ilə yaşadığı ərazini tərk edib. 

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları karantin postunda sözügedən şəxsi saxlayaraq yaşadığı əraziyə geri qaytarıblar. 

Daha ətraflı məlumat üçün Baku TV-nin süjetini izləyə bilərsiniz:  

0.32208204269409