Türkiyəli məşqçi ikinci dəfə koronavirusa qalib gəldi

Məşhur türkiyəli məşqçi Yılmaz Vural ikinci dəfə koronavirusa qalib gəlib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Bir xəstəlik macərası yaşadıq. Ümid edirəm, mənim vəziyyətim hər kəsə örnək olar”, - deyə Y.Vural bildirib.

Qeyd edək ki, təcrübəli futbol məşqçisi Yılmaz Vural ilk dəfə koronavirusu simptomsuz şəkildə keçirmişdi. Lakin bir müddət əvvəl ikinci dəfə koronavirusa yoluxan məşqçi xəstəxanaya yerləşdirilib.

1.4821190834045