Armrestlinq üzrə əlil idmançılar arasında Avropa çempionu qəzada ölüb - ANBAAN VİDEO

Armrestlinq üzrə əlil idmançılar arasında Avropa çempionu Aslan Temirsultanov Rusiyanın Surqut şəhərində yol-nəqliyyat hadisəsi zamanı qəzada ölüb.

Bu barədə REN TV xəbər yayıb.

İdmançının 24 yaşı olub.

“Aslan Rusiya milli komandasının üzvü idi, qol güləşi üzrə Rusiya və Avropa çempionu olub, bölgəmizdə bu idman növünün inkişafına böyük töhfə vermişdi”, - deyə Xantı-Mansisk Muxtar Dairəsinin Armrestlinq Federasiyası məlumat verib.

Qəza şəhərin mərkəzində baş verib. İlkin məlumatlara görə, “Lada” markalı avtomobilin sürücüsü idarəetməni itirib və qarşıdan gələn zolağa çıxaraq, “Toyota” ilə toqquşub.

“Lada”nın sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib, onun sərnişini - surqutlu idmançı isə təcili tibbi yardım maşınında ölüb.

Aslan Temirsultanov keçən il görmə zəifliyi olan idmançılar arasında qol güləşi üzrə Avropa çempionu olub. O, həm də Avropa çempionatlarının dəfələrlə qalibi olub.

0.29762816429138