Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində iki avtomobil toqquşub. Hadisə nəticəsində 1958-ci il təvəllüdlü Piriyeva Şəfiqə Qəzənfər qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.31321096420288