Ağstafada iki minik avtomobili toqquşub

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonunun Köçvəlili kəndində “Mitsubishi” və “VАZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “VАZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

0.85387110710144