Masallıda ikimərtəbəli ev yanıb

Masallı rayonunun Qasımlı kəndində ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 280 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.29837799072266