Salyanda şəhid dəfn olunub - FOTO

Salyan rayonunda Vətən müharibəsinin 20 yaşlı şəhidi dəfn edilib.

“Report” xəbər verir ki, rayonun Şorsulu kənd sakini, 2000-ci il təvəllüdlü şəhid Abbasov Əvəz Mais oğlunun nəşi doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ə.Abbasov müddətdən artıq hərbi xidmətdə qulluq edirdi.

Allah rəhmət eləsin!

0.44241189956665