“Fənərbaxça” evində darmadağın oldu

Türkiyə Super Liqasında XII turun daha beş matçı keçirilib.

“Fatih Karagümrük” üzərində inamlı qələbə qazanan “Hatayspor” turnir cədvəlində onu qabaqlayıb.

Abdullah Avcının gəlişindən sonra məğlubiyyət olmayan “Trabzonspor” Kayseridən qolsuz bərabərliklə dönüb.

Günün sürpriz nəticəsi İstanbulda qeydə alınıb. “Yeni Malatyaspor”u qəbul edən liderlər qrupundakı “Fənərbaxça” doğma arenasında ardıcıl 3-cü məğlubiyyətini alıb. “Sarı-lacivərdlilər” darmadağına üzülüblər. 

Turun qalan oyunları dekabrın 13-14-də keçiriləcək.

Türkiyə Super Liqası
XII tur
12 dekabr

“Hatayspor” – “Fatih Karagümrük” – 3:1
Qollar:
Səlim Ilqaz, 11, Bupendza, 75, 83 – Cimmi Durmaz, 65

“Kayserispor” – “Trabzonspor” – 0:0

“Rizəspor” – “Göztəpə” – 3:2
Qollar:
Boldrin, 45+3 (pen.), Mixalak, 57, Skoda, 90+1 – Yalçın Kayan, 66, Napoleoni, 81

“Ankaragücü” – “Konyaspor” – 4:3
Qollar:
Lobjanidze, 16, Borven, 48, Paintsil, 78, Əmrə Güral, 89 (pen.) – Uğur Dəmirok, 29 (pen.), Miloşeviç, 38, Skubiç, 69

“Fənərbaxça” – “Yeni Malatyaspor” – 0:3
Qollar:
Adəm Büyük, 9 (pen.), Umut Bulut, 22, Ndayişimiye, 48

0.29300594329834