Dekabrın 11-də ölkə ərazisində yaşayış yerini icazəsiz tərk edən 29 aktiv koronavirus xəstəsi müəyyən edilərək saxlanılıb.
Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saxlanılanlardan 28 nəfər evə qaytarılıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Onlardan 17 nəfər barəsində cinayət işi başlanılıb.