Qax rayonunun Qaxbaş kəndində ümumi sahəsi 42 kvadrat metr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə və çardağına yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.