Xələf Xələfov MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

 

“Ermənistan rəhbərliyi ancaq tamamilə məğlubiyyətlə qarşılaşdıqdan sonra döyüş fəaliyyətini dayandırmağa razı oldu”.

“Sputnik”in məlumatına görə, bu barədə MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O, Dağlıq Qarabağda sülhün bərpası səylərinə vasitəçilik etdiyinə görə Rusiya Federasiyası rəhbərliyinə təşəkkür edib.

Nazir müavini həmçinin, Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb.  Onun sözlərinə görə, ölkədə hazırda 140 min şagirdin oxuduğu 340-dan çox rus dilində məktəb var.

Xələf Xələfov bundan başqa 14 universitetdə təxminən 16 min tələbənin rus dilində təhsil aldığını deyərək, ölkədə Rusiyanın aparıcı ali təhsil müəssisələrinin filiallarının uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Xatırladaq ki, bu gün MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası keçirilir. İclasa Özbəkistan sədrlik edir.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan və Özbəkistan Xarici İşlər nazirləri iştirak edirlər.

0.29238319396973