Çavuşoğlu “Başakşehir”ə təşəkkür etdi - FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Başakşehir” klubuna təşəkkür edib.

Bu barədə türkiyəli nazir “Twitter” hesabında yazıb.

“Şərəfli duruşunuz bütün bəşəriyyətə nümunə oldu. Təşəkkürlər “Başakşehir”! Yanınızdayıq!”, - deyə M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, ötən gün Çempionlar Liqasının qrup mərhələsinin son oyununda PSJ ilə qarşılaşan “Başakşehir” komandasının köməkçi məşqçisi Pier Vebo irqçiliyə məruz qalıb. Komanda bu səbəbdən qarşılaşmanın 16-cı dəqiqəsində meydanı tərk edib.

 

0.30413103103638