“Qarabağ” Avroliqada növbəti sınaq qarşısında - AFİŞA

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçiriləcək. 

Xeber-ps.com xəbər verir ki, Azərbaycanı bu çempionatda təmsil edən yeganə klub olan “Qarabağ” İsrailin “Makkabi” kollektivi ilə qarşılaşacaq. 

Oyun İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Baş məşqçi Qurban Qurbanov, kapitan Maksim Medvedev, hücumçu Musa Qurbanlı və tərcüməçilər Elvar Quliyevlə Aydın Rüstəmovdan sonra Mahir Emreli və Abbas Hüseynovda da koronavirus aşkarlanıb. 

1.2058188915253