İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı komandirlərindən biri general Kəyumərs Purhaşeminin öldürüldüyü bildirilib.
Xeber-ps.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Kəyumərs Purhaşemi Suriya hökumətinə müxalif qüvvələrin Hələb şəhərinə hücumları zamanı qətlə yetirilib. SEPAH generalının ölümü İranın hökumət mediası tərəfindən də təsdiqlənib.