"Ural" klubunun prezidentinə xərçəng diaqnozu qoyuldu

Rusiyanın "Ural" klubunun prezidenti Qriqori İvanova xərçəng diaqnozu qoyulub.

Xeber-ps.com xəbər verir ki, funksioner hazırda Almaniyada müalicə alır. Komanda Rusiya Premyer Liqasına vəsiqə qazanmasa, Q.İvanov klubdan ayrıla bilər.

Qeyd edək ki, Qriqori İvanov 2003-cü ildən "Ural"ın prezidenti vəzifəsində çalışır. Yekaterinburq təmsilçisi onun rəhbərliyi altında iki dəfə Rusiya Kubokunun finalına yüksəlib.

0.29892492294312