"Real Madrid"in gənc ulduzu Arda Güler "Liverpul"la görüşdə əsas heyətdə meydana çıxaraq karyerasında bir ilk yaşayıb.
Xeber-ps.com xəbər verir ki, 19 yaşlı oyunçu karyerasında ilk dəfə Avropanın birinci dərəcəli klub turnirində əsas 11-likdə yer alıb.
57 dəqiqə meydanda qalan Arda matçın ən yaxşılarından olub.
Xatırladaq ki, Güler ötən ilin iyulun 7-dən İspaniya nəhənginin formasını geyinir.
Qeyd edək ki, "Liverpul" doğma meydanda "Real"ı 2:0 hesabı ilə məğlub edib.