Azərbaycana gələn Hindistan vətəndaşında narkotik vasitə aşkar edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Hava limanının 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.

Xeber-ps.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32.150 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0.11578488349915