"Salvadorda 170 vulkan var və onları "bitcoin" mədənçiliyi üçün icarəyə vermək fikri məntiqlidir".
Xeber-ps.com xəbər verir ki, bu barədə respublika Prezidenti Nayib Bukele "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bukelenin "bitcoin" üzrə baş məsləhətçisi Maks Kayser bildirib ki, vulkanların icarəyə verilməsi Salvadoru adambaşına düşən "bitcoin" aktivlərinə görə lider ölkəyə çevirəcək.
Hazırda ölkə 0,00093 "bitcoin"lik dövlət aktivləri ilə ikinci yerdədir və Butandan 0,01546 "bitcoin" geri qalır. Kayzer hesab edir ki, bu göstərici hər bir ölkə üçün milli təhlükəsizlik məsələlərindən sonra ən vacib göstəricidir.