"İranın müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə hazırlaşır və İsrailin hesablamalarını tənzimləmək prinsipi qüvvədə qalır".
Xeber-ps.com "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Əli Laricani deyib.
O əlavə edib ki, hərbi rəsmilər hazırda bu işlə məşğul olurlar. Belə ki, bu, milli təhlükəsizliklə bağlı olduğu üçün diqqət və müəyyən qədər məxfilik tələb edən məsələdir.