İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 12-ci turunun "İpsviç Taun" və "Mançester Yunayted" komandalarının qarşılaşdığı matç başa çatıb.
Xeber-ps.com xəbər verir ki, oyun İpsviçdəki "Portman Roud" stadionunda baş tutub. Komandalar 1:1 hesabı ilə heç-heçə oynayıblar.
İkinci dəqiqədə "Mançester Yunayted"in hücumçusu Markus Raşford hesabı açıb. "İpsviç Taun"un cavab qolunu 43-cü dəqiqədə hücumçu Omari Hatçinson vurub - 1:1.
Keçirilən 12 matçdan sonra "İpsviç Taun" 9 xalla Premyer Liqanın turnir cədvəlində 18-ci yerdədir. "Mançester Yunayted" eyni sayda oyundan sonra 16 xalla 12-ci yerdə qərarlaşıb. İngiltərə çempionatının turnir cədvəlinə 31 xalla "Liverpul" başçılıq edir.