Futbol üzrə Finlandiya milli komandasının baş məşqçisi Markku Kanerva istefaya göndərilib.
Xeber-ps.com Finlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında uğursuz nəticələrdən sonra 60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
B Liqasının 2-ci qrupunu xalsız başa vuran Finlandiya seçməsi C Liqasına yuvarlanıb.
Qeyd edək ki, Markku Kanerva 2017-ci ildən Finlandiya millisinə rəhbərlik edirdi.