Suraxanı rayonu Hövsan qəsəbəsi Elxan Nəcəfli küçəsinda aylardır içməli su ya fasilələrlə verilir, ya da aşağı təzyiqlə. Son bir həftədə isə içməli su, ümumiyyətlə kəsilib.
Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində bu qəsəbədə içməli su problemi yaşanır, son aylarda isə durum daha ciddidir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, noyabrın 15-dən magistral su kəmərində baş vermiş qəza aradan qaldırıldıqdan sonra Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində istismar qaydalarına uyğun olaraq kəmərə daxil olan suyun təzyiqi aşağı salınıb.
Hazırda qeyd olunan ünvan daxil olmaqla, ərazilər üzrə suyun təzyiqi artırılmaqdadır.
Ətraflı süjetdə:
Hövsan qəsəbəsində günlərdir su kəsilib - SƏBƏB