Azərbaycan millisinin və "Ankaragücü"nün hücumçusu Renat Dadaşov bir aydan sonra yenidən yaşıl meydanlarla qayıdır.
Xeber-ps.com xəbər verir ki, oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunan Renat Dadaşov "Gənclərbirliyi" klubuna qarşı keçirilən oyunda meydanda olacaq.
Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.
Qeyd edək ki, "Ankaragücü" - "Gənclərbirliyi" görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.