Dubayda dünyanın ən böyük qızıl külçəsi təqdim olunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Emirates Minting Factory" dünyanın ən böyük qızıl külçəsini istehsal edib. Çəkisi 300 kq-dan çox olan külçə "Ginnesin Rekordlar Kitabı"nda yer alıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Dubay Qiymətli Metallar Konfransının bağlanış mərasimində bu nailiyyəti qeyd etmək üçün "Ginnesin Rekordlar Kitabı"nın sertifikatı təqdim olunub", - mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki hesabındakı paylaşımda deyilir.

"Emirates Minting Factory" qiymətli metalların təmizlənməsi ilə məşğuldur və gündəlik 1 000-1 200 kq qızıl və gümüşü emal etmək və əritmək qabiliyyətinə malikdir.

0.11033201217651