İran uranın zənginləşdirilməsini dayandıracaq?

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası bu həftə Qərbin anti-İran qətnaməsini qəbul etməsə, Tehran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını daha da artırmaqdan imtina edə bilər.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Reuters" təşkilatın hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran zənginləşdirməni dayandırmaq üçün artıq hazırlıq addımlarını atıb.

60%-ə qədər zənginləşdirilmiş UF6 ehtiyatları (uran heksaftorid) avqust ayından etibarən 164,7 kq-dan 182,3 kq-a yüksəlib. MAQATE-yə görə, 60%-ə qədər zənginləşdirilmiş 42 kq uran nəzəri cəhətdən daha zənginləşdirilməklə nüvə bombası yaratmaq üçün kifayətdir.

Məlumata əsasən, Tehran, həmçinin MAQATE-nin əlavə dörd müfəttişinin ölkəyə buraxılması imkanını nəzərdən keçirməyə razılaşıb.

0.07600998878479