Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış Proqramı" intensiv qaydada icra edilir.
Xeber-ps.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, komitə işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"a həsr olunmuş növbəti fləş-mob təşkil edib. Fləş-mobda Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə "Şuşa" sözünü "canlandırıblar". Fləş-mob haqqında hazırlanmış videoçarxı təqdim edirik:
Qarabağın baş tacında fləş-mob: Uşaqlar Şuşanı "canlandırdılar"
Qarabağın baş tacında fləş-mob: Uşaqlar Şuşanı "canlandırdılar"