Qviçinlər həyəcan təbili çalırlar: Şimal həqiqətən yanır, dünya isə susur

"Azərbaycan odlar ölkəsi adlanır, amma şimal sözün həqiqi mənasında yanır".

Bu barədə Alyaskanın Yukon (Kanadanın şimal-qərbində ərazi - red.) və Kanadanın Şimal-Qərb ərazilərinin yerli xalqı olan qviçinlərin Beynəlxalq Şurasının həmsədri Edvard Aleksandr Bakıda keçirilən COP29 iqlim konfransında Xeber-ps.com-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, son 20 ildə sirkumpolyar şimalda 430 milyon akrdan çox meşə yanıb - bu, 20-dən çox Azərbaycan ərazisinə bərabər ərazidir.

Aleksandr əlavə edib ki, şimal meşələri planetin ən böyük yerüstü karbon udanıdır.

"Atmosferdə şimal meşəsində olduğu qədər karbon var. Bu, birə-bir nisbətdir", - deyə qviçinlərin başçısı vurğulayıb.

Ekspert meşələrin yanmasının iqlimə böyük ziyan vurduğunu qeyd edib:

"Meşənin altındakı daimi donmuşluqda isə ikiqat çox karbon "konservləşdirilib".

Mütəxəssis "Yer üzərində həyatın təməli" adlandırdığı şimal meşələrini yanğınlardan qorumağa çağırıb.

O, həmçinin regionun 8 ölkəsini və 6 yerli xalq təşkilatını birləşdirən Arktika Şurasının meşə yanğınları ilə mübarizə təşəbbüsü haqqında danışıb. Onların məqsədi yanğın probleminə və onun iqlim nəticələrinə diqqət çəkmək, beynəlxalq əməkdaşlığı yaxşılaşdırmaqdır.

Aleksandr sonda Azərbaycana qonaqpərvərliyə görə təşəkkür edib və COP29-un təşkilini yüksək qiymətləndirib.

"İçəri daxil olmaq kifayət qədər asan idi. Biz burada möhtəşəm yeməklərdən və insanların istiqanlılığından zövq aldıq", - deyə o yekunlaşdırıb.

Rufina Abdullayeva

0.07699990272522