20 yaşlı qızın müalicə üçün dəstəyə ehtiyacı var: Yalnız anadan çağırış

20 yaşlı Ayselin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Səbinə Məmmədova məlumat verib.

O bildirib ki, övladı dörd dəfə beynindən əməliyyat olunub:

"Ayselin beş yaşı olanda qulağından çirk gəlməyə başladı, buna görə də əməliyyat olundu. Daha sonra vəziyyəti get-gedə pisləşməyə başladı. 2021-ci ilə qədər dörd dəfə beyin əməliyyatı keçirdi. Qulağının arxasında sümük olmadığı üçün ora implant taxılmışdı. Amma implant həm qırılıb, həm də şişdiyi üçün o yenidən əməliyyat edildi. Əməliyyat zamanı qırılmış implant çıxarılıb, yerinə yeni implant qoyuldu. Biz hazırda yenidən müayinə və müalicə üçün Türkiyəyə gəlmişik".

Səbinə Məmmədova qızının müayinəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

"Biz sizin saytın izləyicilərinin dəstəyi ilə may ayında Türkiyədə olduq, burada 10 gündən çox qaldıq, pulumuz olmadığı üçün geri qayıda bilmirdik. Bizə yenə yardımsevər şəxslər əl tutdular, evimizə qayıtdıq. Hazırda yenidən müayinə üçün buraya gəlmişik. Ümumi müayinə və Bakıya dönə bilməyimiz üçün 2 500 manata ehtiyacımız var. Bu məbləğin cəmi 350 manatı bizdə var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 700-07-92 (WhatsApp).

Leo Bank: 5411 2498 0785 0289.

0.074803113937378