İranda həbsxanada üsyan olub, həbsxana rəisi yaralanıb

İranın Əhvaz şəhərindəki Şeyban həbsxanasının 8-ci bölməsində məhbuslar mövcud şəraitə kütləvi olaraq etiraz ediblər.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, məhbusların kütləvi etirazı həbsxana işçiləri ilə qarşıdurmaya səbəb olub.

Qarşıdurma əsnasında həbsxana rəisi Xosrov Torfi də yaralanıb.

0.05634593963623