Türkiyədə baş verən gözlənilməz hadisə gündəm olub. Belə ki, avtomobil qəzası nəticəsində həyatını itirən 26 yaşlı Nuri Kavasın dəfni üçün qəbiristanlıqda məzar qazılarkən qəbir yerində xəzinə tapılıb.
Xeber-ps.com-ın verdiyi məlumata görə, hadisə Mersində qeydə alınıb.
Bildirilir ki, hadisə yerinə dərhal jandarm və Muzey İdarəsinin əməkdaşları çağırılıb. Mütəxəssislərin iştirakı ilə qazıntı işləri davam edib və qırıq gil küpün içində 1 100 ədəd gümüş sikkə aşkar edilib.
Xəzinə çıxarıldıqdan sonra Nuri Kavasın dəfn mərasimi həyata keçirilib.
Sikkələr isə Muzey İdarəsinə aparılıb. Mütəxəssislər sikkələrin dəqiq dövrünü və mənşəyini müəyyənləşdirmək üçün tədqiqatlara başlayıblar.