"Qalatasaray" klubunun ulduz hücumçusu Mauro İkardi zədə üzündən mövsümü başa vurub.
Xeber-ps.com xəbər verir ki, klub həkimləri Mauro İkardinin mövsüm sonunadək komandaya kömək edə bilməyəcəyini deyiblər.
"Qalatasaray"ın ulduzu "Tottenhem"lə görüşdə zədələndiyi üçün meydanı tərk etməli olub.
Qeyd edək ki, "Qalatasaray" ötən gün UEFA Avropa Liqasının liqa mərhələsinin 4-cü turunda "Tottenhem"i 3:2 hesabı ilə məğlub edib.
İstanbul nəhəngi "Qalatasaray"ın ulduzu Mauro İkardi minimum üç həftə yaşıl meydanlarda olmayacaq.
Xeber-ps.com xəbər verir ki, təcrübəli hücumçu "Tottenhem"lə görüşdə zədələnərək meydanı tərk edib.
"Qalatasaray" klubunun həkimləri İkardinin əzələsində yırtılma olduğunu aşkarlayıblar.
Qeyd edək ki, Mauro İkardi matçın 85-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Onu Mitçi Batşuayi əvəz edib.