Avropa Liqası: "Roma"nın "Union"la oyununda qalib müəyyənləşmədi

UEFA Avropa Liqasının 2024/2025-ci il mövsümünün Liqa mərhələsinin 4-cü turunun "Union" (Belçika) və "Roma"nın (İtaliya) qarşılaşdığı matç başa çatıb.

Xeber-ps.com xəbər verir ki, komandalar Brüsseldəki (Belçika) Rua Boduen-Koninq Budeveyn" stadionunda çıxış ediblər. Yekun nəticə 1:1 olub.

"Roma"nın futbolçusu Canluka Mançini 62-ci dəqiqədə qol vurub. "Union"un müdafiəçisi Kevin Mak Allister 77-ci dəqiqədə fərqlənib.

Hazırda "Roma" LE turnir cədvəlində beş xalla 16-cı, "Union" isə iki xalla 30-cu yerdədir.

Bu gün 21:45 başlayan digər oyunların nəticələri aşağıdakı kimidir:

"Budyo Qlimt" (Norveç) - "Qarabağ" (Azərbaycan) 1:2

"Ayntraxt" (Frankfurt, Almaniya) - "Slaviya" (Çexiya) - 1:0

"Elfsborq" (İsveç) - "Braqa" (Portuqaliya) - 1:1

FKSB (Rumıniya) - "Midtyullann" (Danimarka) - 2:0

"Qalatasaray" (Türkiyə) - "Tottenhem" (İngiltərə) - 3:2

"Ludoqorets" (Bolqarıstan) - "Atletik" (İspaniya) - 1:2

"Nitsa" (Fransa) - "Tvente" (Niderland) - 2:2

"Olimpiakos" (Yunanıstan) - "Reyncers" (Qlazqo, Şotlandiya) - 1:1.

0.096153020858765