Sakinlərin NƏZƏRİNƏ: Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Xeber-ps.com xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Keşlə QPS-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Xətai rayonunun Corad və Ş.Səmədov küçələrinin, eləcə də H.Aslanov qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

0.12762594223022