"Valensiya"nın İspaniya Kubokundakı oyunu ikinci dəfə təxirə salınır

İspaniyanın "Valensiya" klubu ölkə kubokunun birinci mərhələsində "Parla Eskuela" ilə keçirilməli olan matçın növbəti dəfə təxirə salınmasını xahiş edib.

Xeber-ps.com xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti bəyanat yayıb.

Bəyanatda futbolun ikinci planda olduğu bildirilib, daşqınlarda həlak olanların yaxınlarına başsağlığı verilib. Kubok matçı əvvəlcə oktyabrın 30-na planlaşdırılsa da, regiondakı vəziyyətlə əlaqədar İspaniya Kral Futbol Federasiyası bu oyunu noyabrın 6-na təxirə salmışdı.

Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü leysan ölkənin güclü daşqınlara yol açıb. Son məlumatlara görə, daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçığın təsirindən dağılıb.

0.091226100921631