27 yaşlı niderlandlı pilot və "Red Bull" komandasından üçqat "Formula-1" çempionu Maks Ferstappen yarışlarda liderlik günləri baxımından əfsanəvi yeddiqat dünya çempionu Mixael Şumaxeri ötüb.
Xeber-ps.com xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.
M.Şumaxer 2000-ci illərin əvvəllərində İtaliyanın "Ferrari" komandasında ikən "Formula-1" pilotlarının turnir cədvəlinə 896 gün rəhbərlik edib. M.Ferstappen 2021-ci ildən bəri ardıcıl üç titul qazanıb və 2022-ci il İspaniya Qran-prisində qalib gəldikdən sonra bu siyahıya başçılıq edərək, çempionatda 897 gün lider olub.