Azərbaycan və İran Xəzər dənizində birgə təlimlər keçirəcək

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən, Azərbaycan və İran ordularının Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə "AZIREX-2024" birgə taktiki təlimi keçiriləcək.

Xeber-ps.com bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri Ənzəli dəniz limanına gəliblər.

Xəzər dənizinin İrana mənsub hissəsində keçiriləcək "Dənizdə axtarış-xilasetmə" təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.

Noyabrın 4-də Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə "AZIREX2024" birgə xilasetmə təlimi başlayacaq.

Xeber-ps.com xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, təlimlər İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Xəzər dənizindəki bazasında baş tutacaq.

Təlimin məqsədi regionda davamlı kollektiv təhlükəsizliyin və onun əsaslarının möhkəmləndirilməsi və iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsidir.

0.075358152389526