Mahir Emreli "Nürnberq"də ard-arda dördüncü oyunda fərqləndi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında formasını geyindiyi "Nürnberq"in heyətində növbəti dəfə fərqlənib.

Xeber-ps.com xəbər verir ki, M.Emreli 11-ci turda "Hamburq"la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu, M.Emrelinin 2-ci Bundesliqada keçirdiyi 6-cı oyunda üçüncü qolu olub. O, daha bir dəfə Almaniya kubokunda fərqlənib.

0.12912702560425