Astarada qanunsuz şəkildə çöl quşları ovlayanlar cərimələniblər

Astarada dirəklərə tor qurmaqla qanunsuz şəkildə çöl quşları ovlayanlar aşkarlanıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən Xeber-ps.com-a bildirilib.

Vurğulanıb ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q. Vəliyevin qanunsuz ov etdikləri bəlli olub.

Onlardan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

0.80562496185303