Hindistanlı Aniş Sarkar FİDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində dünyanın ən gənc şahmatçısı olub.
Xeber-ps.com "Sports Ndtv" portalına istinadən xəbər verir ki, üç yaşlı iti zəka sahibi "Bengal Rapid Rating Open 2024" turnirində debüt edib.
O, U-9 açıq çempionatında 140 iştirakçı arasında 24-cü yeri tutaraq bu nəticəni əldə edib.
Beləliklə, A.Sarkar dünya üzrə 190 000-dən çox aktiv şahmatçı arasında ən gənc reytinqli oyunçu adına sahib çıxıb. Bu statistikada onu banqladeşli Afnan Tayvar Ailan (16 mart 2020-ci il təvəllüdlü, 1 542 reytinq xalı), çilili Santiaqo Alonso Rubio Soto (19 oktyabr 2020-ci il təvəllüdlü, 1 484 reytinq xalı) və vyetnamlı Vu Hao Nhien (9 mart 2019-cu il təvəllüdlü, 1 473 reytinq xalı) izləyirlər.