ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində yeni silah paketi ayırdığını açıqlayıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Pentaqonun Mətbuat Xidməti məlumat yayıb.

Sənəddən məlum olduğu kimi, yeni yardım paketinə "NASAMS" zenit-raket kompleksləri üçün döyüş sursatı, "HIMARS" reaktiv atəş sistemləri, daşına bilən "Stinger" zenit-raket kompleksləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, "TOW" tank əleyhinə sistemləri üçün döyüş sursatları, "Javelin" və "AT-4" tank əleyhinə sistemlər , PUA-lara qarşı mübarizə vasitələri, hava-yer sinfinə aid döyüş sursatları, "Stryker" zirehli daşıyıcıları, atıcı silah və sursatlar daxildir.

Sənəddə vurğulanır ki, Kiyevə silahlar PDA (Prezidenti Drowdown Authority - red.) mexanizmi vasitəsilə ayrılacaq ki, bu da ABŞ prezidentinə fərmanla fövqəladə hallar zamanı Konqreslə razılaşdırılmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verir.

0.078634977340698