Yasamal rayonunda yanğın: İki nəfər hospitalizasiya edildi

Oktyabrın 31-də tüstüdən zəhərlənmə diaqnozu ilə iki nəfər şəxs (bir kişi, bir qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

Bu barədə Xeber-ps.com-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, hər iki şəxsə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib.

Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 31-də saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub. Çağırış ünvanına dörd təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib.

İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub", - deyə cavabda qeyd olunub.

Aygün Mirakif

Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Xeber-ps.com bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Yasamal rayonunda yanğın: İki nəfər hospitalizasiya edildi

Yasamal rayonunda yanğın: İki nəfər hospitalizasiya edildi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Xeber-ps.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar qurumun müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

0.099668025970459