Sabah qatarların "Bakmil" stansiyasına hərəkət cədvəli dəyişdiriləcək

Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində daha bir mühüm yeniliyin tətbiqi nəzərdə tutulur.

Xeber-ps.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırılıb. İşlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib.

Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabrın 1-də "Bakmil" stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.

Noyabrın 2-dən qatarların "Bakmil" istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq.

Noyabrın 1-də "Bakmil" stansiyası istiqamətində və əksinə olmaqla tətbiq ediləcək hərəkət qrafiki belə olacaq:

"Bakmil" stansiyasından çıxış vaxtları:

"Nərimanov-Bakmil" istiqamətində hərəkət cədvəli:

0.14077401161194