Çempionlar Liqasının qrup mərhələsinin iki oyunu keçirilib.
C qrupunun oyununda Yunanıstanda “Olimpiakos”u 1:0 hesabı ilə məğlub edən İngiltərənin “Mançester Siti” komandası adını növbəti raunda yazdırıb.
“Şəhərlilər”in turnir cədvəlində dörd oyundan sonra 12 xalı var.
B qrupunun qarşılaşmasında isə Almaniyanın “Borussiya” (Münxenqladbax) komandası evdə Ukrayna “Şaxtyor”unu darmadağın edib - 4:0.
Bu qələbə ilə 8-ci xalını qazanan “Borussiya” liderliyini möhkəmlədib. Dörd xalı olan “Şaxtyor” isə hələlik 2-ci sırada qərarlaşıb.