Rusiya prezidenti: "Nəqliyyat marşrutlarının inkişafında Azərbaycanın rolu çox vacibdir"

"Regionda logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox böyükdür".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS Sammitinin "Outreach" / "BRICS+" formatında iclası zamanı deyib.

"Logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir", - deyə o bildirib.

0.099972009658813