Tibo Kurtua uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

"Real Madrid" klubunun təcrübəli qolkiperi Tibo Kurtua "El-Klasiko" matçında komandasına kömək edə bilməyəcək.

Xeber-ps.com xəbər verir ki, buna səbəb Kurtuanın əzələsindən zədə almasıdır.

Belə ki, Karlo Ançelotti təcrübəli qolkiperin əvəzinə Andrey Lunini əsas heyətdə meydana buraxacaq.

Qeyd edək ki, "Real Madrid" - "Barselona" matçı oktyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

0.070034980773926