Türkiyədə daha 161 nəfər koronavirusdan öldü

Türkiyədə son sutka ərzində koronavirusa 7381 yeni yoluxma qeydə alınıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Son 24 saat ərzində qardaş ölkədə koronavirus infeksiyası 161 nəfərin həyatına son qoyub.

Xəstələrin 4543 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

0.34802484512329